Məhkəmə-Hüquq Şurası SMS xidmətinin təqdim edilməsi üçün toplu SMS-lərin satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət “L-Sim” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 79.450 AZN təşkil edir.
Müqavilə çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə aid bildiriş və məlumatların SMS vasitəsilə göndərilməsi təmin olunacaq.