Bakıda kişi tanışını itələyərək öldürməkdə şübhəli bilinirbackend

Bakıda kişi tanışını itələyərək öldürməkdə şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 17-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan NOCOMMENT.az-a verilən məlumata görə, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.