Sürət həddini aşan iş adamı 121 min avro cərimələndibackend

Sürət həddini aşan iş adamı 121 min avro cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyalı iş adamı Anders Viklof sürət həddi 50 kilometr olan yolda 82 kilometr sürətlə sürdüyünə görə təxminən 121 min avroluq yol cəriməsi alıb.

NOCOMMENT.az xəbər verir ki, Finlandiya mətbuatında yayımlanan xəbərə görə, oxşar cəzalar cinayətkarın gəlirinə görə hesablandığı üçün Viklof 121 min avro cərimələnib.

Finlandiyanın Baltik dənizindəki muxtar bölgəsi olan Aaland adalarında yaşayan Wiklof, “Mən həqiqətən buna görə təəssüflənirəm” deyə açıqlama verib.

Cərimə ilə yanaşı, Viklofun sürücülük vəsiqəsi də 10 gün müddətinə müsadirə olunub.

NOCOMMENT.AZ