Sürətlə kökələn xəstədən 42 kiloqram şiş çıxarıldıbackend

Sürətlə kökələn xəstədən 42 kiloqram şiş çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Milan şəhərində sürətlə kökəlməsindən şübhələnilərək xəstəxanaya müraciət edən qadın xəstənin yumurtalığından 42 kiloqramlıq şiş çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, qısa müddət ərzində 78 kiloqramdan 120 kiloqrama çatan 49 yaşlı Raşel xəstəxanaya müraciət edib.

Korporativ şirkətdə katibə işləyən Raşelə yumurtalıq şişi diaqnozu qoyulub.

Sağ yumurtalıqdakı nəzarətsiz şişə görə 4 saatlıq təhlükəli əməliyyat keçirən qadın evə buraxıldıqdan sonra köhnə çəkisinə qayıdıb.

Həkimlər şişləri nəzarətsiz böyüməsinin çox nadir hal olduğunu bildirib.

NOCOMMENT.AZ