Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Məhəmməd Qazi əl-Cəlali “hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.