Suriyanın Baş Kəşfiyyat Xidməti Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan İŞİD liderlərindən birini həbs edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə SANA agentliyinə kəşfiyyat xidmətindəki mənbələr məlumat verib.
Məlumata görə, əl-İraqi terror aktlarının hazırlanmasına da cavabdeh olub.
O, Dəməşqin cənubundakı Seyyid Zeynəb məscidində hüquq mühafizə orqanları tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.