Suriya mövzusunda görüş – hansı tarixdə olacaq?backend

Suriya mövzusunda görüş – hansı tarixdə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək ‘Suriya’ mövzusunda görüş martın 15-16-da Moskvada keçiriləcək.

NOCOMMENT-in məlumatına görə Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında görüş Moskvada martın 15-16-da baş tutacaq.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək. İclasda Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.