Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa Moskvada danışıqlarda ölkəsinin keçmiş lideri Bəşər Əsədin ekstradisiyasını rəsmi şəkildə tələb edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik qeyd edib ki, Əhməd əş-Şaraa bu tələbini iddia edilən cinayətlərinə görə Bəşər Əsədin mühakimə olunması ilə əsaslandıracaq.
Suriya prezidentinin bu gün Rusiyaya işgüzar səfərə gələcəyi və prezident Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.
Onlar siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki son hadisələri müzakirə edəcəklər.
Xatirə SADİQ