Suriya fayda versə, o zaman Rusiyanın hərbi bazaları qalacaq.
NOCOMMENT.az xəbər verir ki, bazaların saxlanması şərtini Suriya Müdafiə Nazirliyinin rəhbəri Əbu Kəsra “The Washington Post”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın Suriyanın yeni hökumətinə münasibəti xeyli yaxşılaşıb və Dəməşq Moskvanın tələblərini ölçür. O qeyd edib ki, “siyasətdə daimi düşmənlər yoxdur”.
Əbu Kəsra Rusiyanın Tartusdakı dəniz limanını və Latakiyadakı Xmeymim aviabazasını saxlayıb-saxlamayacağı sualına da cavab verib . “Əgər bundan Suriya üçün fayda əldə etsək, bəli” dedi.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Suriyanın yeni hakimiyyət orqanları ölkə daxilində müxtəlif qüvvələrlə dialoq problemi ilə üzləşib, ona görə də xarici oyunçular onların həllində Ərəb Respublikasına kömək etməlidir. Diplomat eyni zamanda Yaxın Şərq ölkələrində bir çox problemlərin Qərb dövlətlərinin siyasətinin nəticəsi olduğunu vurğulayıb.