30 yanvar tarixində Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında imzalanmış razılaşma çərçivəsində Suriya Daxili İşlər Nazirliyinin qüvvələri Həsəkə şəhərinin mərkəzinə daxil olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, DİN-ə məxsus səkkiz zirehli transportyor, çoxsaylı pikap avtomobilləri və təcili tibbi yardım maşınlarından ibarət колонна şəhər mərkəzinə doğru hərəkət edib.
Razılaşmaya əsasən, Həsəkə şəhərində və Qamışlı rayonunda yerləşən təhlükəsizlik orqanları və dövlət qurumları mərhələli şəkildə Suriya hökumətinin nəzarətinə veriləcək.
Məlumata görə, prosesin əsas məqsədi bölgədə idarəetmənin mərkəzləşdirilməsi və təhlükəsizlik sabitliyinin təmin olunmasıdır. Hazırda vəziyyətin sakit olduğu bildirilir.
Sara












