“Suriya və Livandakı ermənilər necə törəyiblər?” – Tarixçi alimdən tutarlı faktlarbackend

“Suriya və Livandakı ermənilər necə törəyiblər?” – Tarixçi alimdən tutarlı faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Teleqraf.com-un suallarını cavablandırıb.

NOCOMMENT.az həmin müsahibəni təqdim edir:

– Ermənilər yenidən köçürmə siyasətinə start veriblər. Bu məsələnin tarixi kökləri diqqət çəkir…

– Bu gün baş verən proseslərin mahiyyətinin aydınlaşması üçün ilk növbədə tarixə diqqət yetirmək zəruridir. İndi bizim erməni adlandırdığımız ünsürün əcdadları hesab edilən hayların və trerlərin Balkanlardan gəldiyinə dair tarixi mənbələrdə xeyli məlumatlar var. Yəni əslində bu xalqın özünə Qafqazda, Şərqi Anadoluda, Aralıq dənizi sahillərində vətən axtarması məsələsi kökündən yanlışdır. Hay və trerlər bu cür axtarışlarını Balkan yarımadasında davam etdirməlidirlər. Məlumdur ki, onlar mərhələli şəkildə Şərqi Anadoluya gəlmiş, burada yerli xalqların qulları və xidmətçiləri kimi məskunlaşmışlar. Ermənilərin Qafqaza, tarixi Azərbaycan ərazilərinə və gürcülərin yaşadığı bölgələrə kütləvi köçürülməsi əsasən XIX əsrdə baş verib. Livan və Suriyada erməni icmalarının varlığı isə ermənilərin öz uydurduqları yalanları ifşa edir.

– O yalanlar nədən ibarətdir?

– Bilirsiniz ki, I Dünya müharibəsi illərində Osmanlı dövlətinə xəyanət edən ermənilər İngiltərə və Rusiyanın dəstəyi ilə yerli türk və kürdlərə qarşı qanlı qırğınlar və qətliamlar törədiblər. Uzun zaman ərzində Osmanlı dövlətində məkrli şəkildə “sadiqlik” görüntüsü yaradan ermənilərin xəyanətinin qarşısını almaq üçün “Təhcir qanunu” qəbul edilir. “Təhcir” sözü ərəbcə hicrətdən gəlir. Yəni köçürmə qanunu mənasındadır. Müharibə dövrünün şərtlərinə uyğun olaraq təxribatçı ermənilərin bir qismi Suriya və Livana köçürülür. Lakin XX əsrin 60-cı illərindən etibarən SSRİ və bir sıra digər dövlətlərin maraqlarına uyğun olaraq erməni milliyətçiliyinin yüksəlməsi ermənilərin saxta “soyqırımı” iddialarının ortaya atılmasına səbəb oldu. Erməni “tədqiqatçı”ları və ideoloqları hər gecə yuxusundan sonra guya o dövrdə öldürülmüş ermənilərin sayını fantastik şəkildə yüksəldirlər. İndi Suriya və Livandakı erməni icmasının fəaliyyətlərinə baxanda sual ortaya çıxır. Əgər ermənilərin “soyqırımı” iddiaları doğrudursa, Osmanlı erməniləri köçürmək əvəzinə öldürübsə, Suriya və Livandakı ermənilər kimdən və necə törəyiblər?! Livanda və Suriyadakı erməni icmasının varlığı əslində onların saxta soyqırımı iddialarının yalan olduğunu sübut edən ən böyük faktdır.

ƏTRAFLI
www.borjomi.com
– Suriya və Livandan ermənilərin köçürülməsi məsələsi indi niyə aktuallaşıb? Nədən ermənilər daha çox Suriya və Livandan demoqrafik problemlərin həlli ilə bağlı yardım alır?

– Ermənilər bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilərin özündə belə çoxluq olmayıblar. Eləcə də işğal etdikləri və iddia etdikləri Azərbaycan ərazilərində isə XIX əsrə qədər ümumiyyətlə… Ermənilərin Qafqaza necə və hansı məqsədlərlə köçürüldükləri barədə kifayət qədər tədqiqatlar aparılıb. İndi Ermənistan onsuz da demoqrafik böhran yaşayır, nəinki işğal edilmiş ərazilərdə, hətta İrəvanın özündə belə ermənilərin sürətlə azaldığı faktdır. Bunu biz yox, işğalçı ölkənin bu yaxınlarda açıqladığı “Milli Təhlükəsizlik Strategiyası”ndakı məlumatlar deyir. Bir zamanlar “biz İranın çörəyini yeməkdənsə, Rusiyanın qanqalını otlamağı üstün tuturuq” deyib Qafqaza gələn ermənilər, indi də Livan və Suriyadan Qafqaza gətirilirlər. Nəzərə almaq lazımdır ki, gələnlər heç sivil insanlar da deyil. Ermənistanın işğal etdiyi ərazilərə köçürməyə cəhd etdikləri insanlar Suriya və Livanda müxtəlif terrorçu qruplaşmaların tərkibində təlim keçmiş, döyüşmüş terrorçulardır. Bu terrorçuların isə nə üçün lazım olduğu isə hər kəsə aydındır.