Suriya və Türkiyə arasında DANIŞIQLARbackend

Suriya və Türkiyə arasında DANIŞIQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə İraqın paytaxtında Suriya və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar baş tutacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Qeyd olunub ki, Suriya və Türkiyə rəsmiləri arasında görüş İraqın baş naziri Məhəmməd əl-Sudaninin vasitəçilik səyləri mümkün olub.

İraq Nazirlər Kabinetinin rəhbəri və hökumət üzvləri son vaxtlar Dəməşq və Ankaranı barışdırmaq məqsədi ilə bütün mümkün əlaqələri gizli şəkildə gücləndirib. Məqsədə çatmaq üçün bir sıra ikitərəfli görüşlər keçiriblər.

Mümkün danışıqlarda nümayəndə heyətlərinin tərkibi və onların keçirilməsinin dəqiq tarixi barədə hələlik məlumat verilməyib. Rəsmi Bağdad dərc edilən xəbərə rəsmi münasibət bildirməyib.