İsrail Suriyanın cənubunda sabitliyi pozduğu üçün rəsmi Dəməşq sülhü qorumaq üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Əsad Həsən əl-Şeybani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı deyib.
“Biz bütün dünyadan və bütün bölgədən Suriya xalqına sülh və sabitlik içində yaşamaq şansı vermələrini xahiş edirik”, – əl-Şeybani bildirib.