İraqda İranın dəstəklədiyi şiə silahlıların ABŞ-ın Suriyanın Tenef bölgəsindəki hərbi bazasına 2 pilotsuz uçuş aparatı ilə hücum etdiyi bildirilib.
NOCOMMENT xəbər verir ki, Livandakı Hizbullah Hərəkatı öz Telegram hesabında ABŞ-ın Suriyanın cənubundakı bazasına hücumla bağlı açıqlama verib.
Açıqlamada “İraqdakı İslami müqavimət cəbhəsi ABŞ-ın Suriyanın Tenef bölgəsindəki Hərbi Bazasına 2 pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib” qeyd edilib.