Suriyada ABŞ hərbçilərinə yeni hücum olubbackend

Suriyada ABŞ hərbçilərinə yeni hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ hərbçiləri Suriyadakı hərbi bazalarında hücuma məruz qalıb. Bu barədə TASS “Al Mayadeen” telekanalının məlumatlarına istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ölkənin şimal-şərqində Haseke vilayətinin Tell Beidar qəsəbəsi ərazisində obyektə hücum edilib. Hücumun mahiyyəti və nəticələri barədə təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl ABŞ-ın İraqın qərbindəki “Ayn əl-Əsəd” və Suriya, İordaniya və İraq sərhədindəki “Ət-Tənf” bazalarının pilotsuz təyyarələrin hücumlarına məruz qaldığı bildirilirdi. Birinci bazaya iki, ikincisinə isə bir pilotsuz təyyarə hücum edib. Bütün İHA-ların vurulduğu iddia edilir.