Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıbbackend

Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi ölkənin keçmiş Prezidenti Bəşər Əsədin dövründə Livanın “Hizbullah” təşkilatı ilə koordinasiyaya cavabdeh olan Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Süleyman əl-Teynəvinin saxlanıldığını açıqlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatına istinadən “Əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Süleyman əl-Teynəvi Suriyada “Hizbullah” liderləri ilə bir sıra qruplaşmalar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verməyə kömək edib. Bundan əlavə, Suriyanın yeni hökumətinin fikrincə, əl-Teynəvi mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.

DİN-in məlumatına görə, iş istintaqın və hüquqi prosedurların başa çatdırılması üçün prokurorluğa verilib.