Suriyada da matəm elan edildibackend

Suriyada da matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Müvəqqəti Hökuməti Suriyanın şimalında Kahramanmaraş mərkəzli zəlzələlərin baş verdiyi bölgələrdə matəm elan edib.

NOCOMMENT.az-ın xarici mediaya istinadən məlumatına görə, axtarış-xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyi bildirilən açıqlamada, “Suriyada zəlzələdən zərər çəkən bölgələrdə matəm elan edilərək, məktəb və universitetlərdə 11 fevrala qədər təhsil dayandırıldı” – bəyan edilib.

Son rəqəmlərə görə, zəlzələlər nəticəsində Suriyanın müxtəlif bölgələrində 1602 nəfər ölüb, 3 min 649 nəfər yaralanıb.

Manşet.az