Suriyada dağıntılar altında doğulan möcüzəli körpəni minlərlə insan övladlığa götürmək istəyirbackend

Suriyada dağıntılar altında doğulan möcüzəli körpəni minlərlə insan övladlığa götürmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn Aya xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.

NOCOMMENT xəbər verir ki, Körpə Aya, anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib.

Aya isə hazırda xəstəxanadadır.

Körpənin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Ayanın xilasetmə görüntüləri sosial şəbəkədə geniş şəkildə izlənilib. Görüntülərdə bir kişinin toz basmış körpəni dağıntılar altından çıxarması əks olunub.

Sosial şəbəkələrdə minlərlə insan körpəni necə övladlığa götürə biləcəklərini soruşub. Bir nəfər “Onu övladlığa götürmək və ona yaxşı həyat bəxş etmək istəyirəm” deyərkən, Küveyt televiziyasının aparıcısı “Hüquqi proseslərdən yayınsa, mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram” dedi.