Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.
Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.
Əl-Bəşir müvəqqəti hökumətin 2025-ci ilin martına qədər fəaliyyət göstərəcəyini deyib.
O həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.