Suriyada ölənlərin sayı ARTIRbackend

Suriyada ölənlərin sayı ARTIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəni silkələyən Kahramanmaraşda baş verən zəlzələlər Türkiyənin 10 vilayəti ilə yanaşı, Suriyaya da ciddi ziyan vurub.

NOCOMMENT.az xəbər verir ki, Suriyada can itkisi artdıqca qeyri-hökumət təşkilatları “təcili yardım” çağırışı edir.

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Suriyada həyatını itirənlərin sayı 3384-ə yüksəlib.

Zəlzələlərdən zərər çəkmiş İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.

NOCOMMENT.AZ