Suriya silahlı qüvvələri Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə ərəb respublikasında son 24 saat ərzində azı 300 terrorçunu məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin Suriyadakı rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.
“Son 24 saat ərzində toplanma yerlərinə, idarəetmə məntəqələrinə, anbarlara və artilleriya mövqelərinə raket və bombalı hücumlar həyata keçirilib. Ən azı 300 yaraqlı öldürülüb”, – o qeyd edib.