Suriyada vəba xəstəliyi yayıldıbackend

Suriyada vəba xəstəliyi yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adana Tibb Palatası Başçısı Dr. Səlahəddin Menteş Kahramanmaraşda zəlzələlərin dağıntılara səbəb olduğu və vətəndaş müharibəsinin davam etdiyi Suriyada 71 min 463 vəba virusu olduğunu və bununla bağlı 23 ölüm faktının qeydə alındığını bildirib.

NOCOMMENT xəbər verir ki, Dr. Menteş sərhəd məntəqəsində sərt tədbirlərin görülməsi lazım olduğunu bildirib.
Mərkəz Kahramanmaraş olan zəlzələlər Türkiyənin 11 vilayətini əhatə etdiyi halda, qonşu Suriyada da dağıntılara səbəb olub. Bölgədə 5801 nəfər ölüb, minlərlə insan yaralanıb.
Adana Tibb Palatası Başçısı Dr. Səlahəddin Menteş qeyd edib ki, vətəndaş müharibəsinin davam etdiyi ölkədə zəlzələ nəticəsində gigiyena və sağlam suya çatmaq çətinləşdiyi üçün vəba halları müşahidə olunmağa başlayıb.
Dr. Menteş, Ümumdünya Səhiyyə Təşkilatının filiallarının dərc etdiyi məlumatlara görə, Suriyanın şimal-qərb bölgələrində 71 min 463 məcmu şübhəli hadisənin olduğunu və 23 nəfərin vəba səbəbiylə öldüyünü ifadə etdi. Bu vəziyyətin daha çox İdlib bölgəsində cəmləşdiyini vurğulayan Dr. Menteş sərhəd qonşusu olduğu üçün bu epidemiyanın Türkiyə üçün də təhlükə olduğunu vurğulayaraq, tədbir görülməli olduğu barədə xəbərdarlıq edib.