Kahramanmaraş mərkəzli zəlzələlər Türkiyənin sərhəd qonşusu Suriyada da dağıntılara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, Hama, Latakiya və Tartusda, xüsusilə də sərhədə yaxın Hələb və İdlibdə binalar tamamilə dağılıb.
Yerli mənbələrin məlumatına görə, bölgədə 5801 nəfər ölüb, minlərlə insan yaralanıb.
Vətəndaş müharibəsinin davam etdiyi Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə mülki müdafiə dəstəsi olan Ağ Dəbilqəlilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.
NOCOMMENT.AZ