Suriyadan Türkiyəyə raket atıldıbackend

Suriyadan Türkiyəyə raket atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Tel Rıfat bölgəsindən axşam saatlarında PKK/YPG terrorçuları tərəfindən atılan 8 raket mərmisi Öncüpınar Sərhəd Qapısı ərazisindəki boş sahəyə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisədə ölən və yaralananların olmadığını və bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanan PKK/YPG terrorçuları sərhəd xəttində yerləşdirilmiş zirehli bölmələr tərəfindən reaktiv yaylım atəşinə tutulub.