Suriyanın müvəqqəti prezidenti ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşübbackend

Suriyanın müvəqqəti prezidenti ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Dəməşqdəki Xalq Sarayında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ilə görüşüb.

NOCOMMENT.az bildirir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.

Mayın 24-də ABŞ-ın xüsusi nümayəndəsi artıq Suriyanın müvəqqəti prezidenti ilə görüşüb. Həmin görüşdə Barak qeyd edib ki, ABŞ-ın Suriyaya qarşı son sanksiyaları ləğv etməsi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar, maliyyə və enerji yardımı göstərməyə imkan verəcək. O vurğulayıb ki, Amerika administrasiyası Suriya hakimiyyətindən İslam Dövləti (İD, Rusiyada qadağan olunub) terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir.