Şurnuxda mübahisəli ərazi Azərbaycana qaytarıldıbackend

Şurnuxda mübahisəli ərazi Azərbaycana qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan açıqlamasında bildirib. Dünən bildirilmişdi ki, 11 ev boşaldılacaq, amma sonra 12-ci evin sakinləri də ərazidən çıxamağı qərara alıblar – “heç kim azərbaycanlılarla qonşu olmaq istəmir…”

Sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu evlər, bitişik torpaq sahələri ilə birlikdə Azərbaycana təhvil verilib.

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə açıqlamasında kəndlilərin son əşyalarını topladığını bildirib. Kəndin Azərbaycana aid hissəsinə girişində nəzarət postu da qurulub.

“Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da oraya keçməməsi üçün əllərindən gələni etmələri tapşırıldı”,  – deyə Arşakyan qeyd edib.