Sürücü qəza törədərək hadisə yerindən qaçıb? – BNA-dan AÇIQLAMAbackend

Sürücü qəza törədərək hadisə yerindən qaçıb? – BNA-dan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi KİV-də “Baku Bus” qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə NOCOMMENT.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 17.06.2021 tarixində saat 11:20 radələrində “İnşaatçılar” prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib. Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücüsü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-ə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb.

Həmçinin bildirilir ki, “Baku Bus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır. Hər bir avtobusda sürücü davranışları real vaxt rejimində izlənildiyindən qəza törədərək hadisə yerindən yayınma qeyri-mümkündür:

Paytaxtımızda mötəbər idman tədbirinin keçirildiyi günlərdə bu kimi qeyri-real məlumatların yayılması heç də təsadüfi deyil. Məqsəd beynəlxalq tədbirlər zamanı uğurla icra edilən nəqliyyat tədbirlərini gözdən salmaqdır.

Bir daha bəzi media təmsilçilərini peşə etikasına və peşəkarlıq prinsiplərini əməl edərək əldə edilən məlumatı rəsmi mənbələrdən təsdiq etməyə çağırırıq.

Yayılan hər bir yalnış informasiya cəmiyyətdə narahatlıq və çaşqınlıq yaratmaqla yanaşı məlumatı yayan informasiya orqanının obyektivliyini də şübhə altına alır.