Sürücülərə siqaretlə bağlı QADAĞA – Rusiya yeni cərimənin tətbiqinə hazırlaşırbackend

Sürücülərə siqaretlə bağlı QADAĞA – Rusiya yeni cərimənin tətbiqinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sürücülər üçün yeni cərimələr tətbiq oluna bilər.

 

NOCOMMENT.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin hazırladığı yeni qaydalara əsasən, avtomobil idarə edən şəxslər nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan və nəqliyyat vasitəsini idarə edərkən əllərin istifadəsini və ya diqqəti yayındırmağı tələb edən hər hansı cihazdan istifadə etməməlidir. Sənədə əsasən, qadağa xəritələr və naviqatorlara şamil olunmayacaq.

 

Qeyd edək ki, hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəliyyat Nazirliyi təklif edir ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və vaplardan (elektron siqaretin bir növüdür – red.) istifadəyə aid olması gözlənilir.

 

Nazirlik bu kimi davranışlara görə, təxminən 100 manat cərimənin tətbiq edilməsini təklif edir. Layihə hazırda ictimai müzakirə mərhələsindədir, oktyabrın 10-dək yekunlaşdırılması planlaşdırılır.

 

Rusiyada avtomobil idarə edərkən adi siqaretin çəkilməsinin də qadağan edilməsi müzakirə olunur. Lakin bununla bağlı ortaq fikir formalaşmayıb.