Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin rəngini dəyişmək istəyirsinizsə, bu qədər pul ödəməlisiniz, əks halda…backend

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin rəngini dəyişmək istəyirsinizsə, bu qədər pul ödəməlisiniz, əks halda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avtomobilin rənginin dəyişdirilməsi və ya nəqliyyat vasitəsinin iki rəngdə rəsmiləşdirilməsi zamanı müəyyən hüquqi prosedurlar yerinə yetirilməlidir. Bu proses dövlət rüsumu ödənilməsini də nəzərdə tutur”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Avtomobilin rəngi dəyişdirildikdən sonra mütləq şəkildə rəsmi servisdən arayış alınmalıdır. Bu arayış avtomobildə aparılan dəyişikliklərin qanunauyğun şəkildə həyata keçirildiyini təsdiqləyir”.

Hüquqşünas qeyd edib ki, avtomobilin rəngi dəyişdirildikdən sonra alınan rəsmi arayış əsasında sənədləşmə aparılır və bunun üçün 60 manat məbləğində dövlət rüsumu müəyyən olunub.

Tağı Hüseynov əlavə edib ki, bu prosedur yerinə yetirilmədiyi təqdirdə sürücü inzibati məsuliyyətlə üzləşə bilər. Buna görə də avtomobil sahiblərinə rəng dəyişikliyi zamanı qanunvericiliyin tələblərinə əməl etmək tövsiyə olunur.