Sürücülərin nəzərinə:  Bu yollarda tıxac var – SİYAHIbackend

Sürücülərin nəzərinə: Bu yollarda tıxac var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi hazırda yollardakl vəziyyəti açıqlayıb.

NOCOMMENT sıxlıq olan yolların siyahısını təqdim edir:

– Ziya Bünyadov prospekti: hər iki istiqamətdə – Çermet körpüsü üzərindən 20 yanvar dairəsi istiqamətində və Rövşən Cəfərov küçəsi, Koroğlu metrosu istiqamətində sıxlıq;

– Şah İsmayıl Xətai prospekti: Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq;

– Koroğlu Rəhimov küçəsi: hər iki istiqamətdə sıxlıq;

– Tbilisi prospekti: hər iki istiqamətdə sıxlıq;

– Rəşid Behbudov küçəsi: Mərkəzi Bankın qarşısına kimi sıxlıq;

– 28 may küçəsi: Rəşid Behbudov küçəsi istiqaməti sıxlıq;

– Rəşid Behbudov küçəsi: A.A.Bakıxanov küçəsinə çıxan hissəyə qədər sıxlıq;

– Abbasqulu ağa Bakıxanov küçəsi: Türkiyə səfirliyi qarşısı daxil olmaqla Ceyhun Hacıbəyli küçəsi kəsişməsinədək sıxlıq;

– Yusif Səfərov küçəsi: mərkəz istiqamətində sıxlıq;

– Atatürk prospekti: Ziya Bünyadov prospekti istiqaməti sıxlıq;

– İzzəddin Həsənoğlu küçəsi: hər iki istiqamətdə sıxlıq;

– Heydər Əliyev prospekti: kənar yol İzzəddin Həsənoğlu küçəsi kəsişməsindən mərkəz istiqamətində sıxlıq;

– Səməd Vurğun küçəsi: Zabitlər parkının yanı, hər iki istiqamətdə sıxlıq;

– Mikayıl Useynov prospekti: Azneft dairəsi istiqamətində sıxlıq;

– 3-cü mikrorayon dairəsi ətrafı: nəqliyyat vasitələrinin axını nəticəsində sıxlıq;

– Niyazi küçəsi: hər iki istiqamətdə sıxlıqdır.