Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqbackend

Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Nərimanov rayonu Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.