Sürücülərin Nəzərinə: Oktyabrın 1-dən başlayaraq…backend

Sürücülərin Nəzərinə: Oktyabrın 1-dən başlayaraq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb edilən iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) NOCOMMENT.az-a bildirilib ki, DANX tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Oktyabrın 1-dən etibarən immunitet sertifikatı və ya COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək.