Sürüşmə baş verən Bakı Kənar Dairəvi Yolunda 6.5 metr uzunluğunda hissə qırılıbbackend

Sürüşmə baş verən Bakı Kənar Dairəvi Yolunda 6.5 metr uzunluğunda hissə qırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.

“Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür”, – deyə Ə.Əliyev vurğulayıb.

09:08

“Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib”.

Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq verib.

O qeyd edib ki, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülür.

“Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib”, – deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.