Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatını yenidən hazırlayıb.
NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər son dəyişikliklər nəzərə alınıb.
İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda Şuşa rayonunda 1 şəhər, 1 qəsəbə və 34 kənd var.
Həmin yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırırıq:
Şuşa şəhəri
Turşsu qəsəbəsi
Daşaltı k.
Göytala k.
Xanalı k.
Həsənabad k.
İmamqulular k.
Xəlfəli k.
Armudlu k.
Dükanlar k.
Qarabulaq k.
Laçınlar k.
Mirzələr k.
Şuşulu k.
Zamanpəyəsi k.
Böyük Qaladərəsi k.
Kiçik Qaladərəsi k.
Qaybalı k.
Xudaverdilər k.
Nağılar k.
Sarıbaba k
Onverst k.
Səfixanlar k.
Allahqulular k.
Həsənqulular k.
Xanlıqpəyə k.
Şırlan k.
Ağbulaq k.
Cəmillər k.
Çaykənd k.
İmanlar k.
Məmişlər k.
Paşalar k.
Turabxan k.
Zarıslı k.
Nəbilər k.