Şuşa şəhidi Elgün Quliyev: Tarix müəllimi işləyə bilməsəm də, tarix yazdım – FOTOLARbackend

Şuşa şəhidi Elgün Quliyev: Tarix müəllimi işləyə bilməsəm də, tarix yazdım – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçular sırasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan müəllimlərimiz də var.

NOCOMMENT.az bu dəfə də “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikasına davam edərək 17.09.1992-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş Quliyev Elgün Vasif oğlunun şanlı həyat yoluna baxış edəcək.

Şəhid Elgün Quliyev

1998-ci ildə Şamaxı rayon, T.Kərimov adına 2 saylı Göylər kənd orta məktəbinin birinci sinifinə gedən Elgün Quliyev 2005-ci ildə İsmayıllı rayon N.Behtiyev adına İsmayıllı kənd orta məktəbində təhsilini davam etdirir.

Eyni zamanda da İsmayıllı rayon hazırkı Nihal Hazırlıq kursunda dini təhsilini davam etdirib.

Daha sonra 2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil olmuş və bir il orada təhsil alaraq 2008-ci ildə Şəki İslam Hafizlik Kollecini Hafiz (Quranı ərəbcədən əzbər bilən) kimi bitirib.

Yenidən 2009-cu ildə İsmayıllı rayon N.Behtiyev adına İsmayıllı kənd orta məktəbində 11-ci sinfi bitirib.

2010-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olmuş, 2014-cü ildə həmin universiteti bitirib.

Şəhid Elgün Quliyev

2014-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində Həqiqi Hərbi Xidmətdə olub.

2016-cı ildə Aprel döyüşləri zamanı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət edib.

Bu müddət ərzində 2016-2020-ci illərdə Bakı şəhəri ÖZSÜT restoranında əmək fəaliyyətini davam etdirib.

2020-ci il MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 balla Lerik rayon Sors kəndinə Tarix müəllimi təyin olunur.

2020-ci il 29 sentyabrda könüllü olaraq İkinci Qarabağ – Vətən Müharibəsinə yollanır.

Vətən Müharibəsinin son günlərində, 8 noyabr – Şuşa uğrunda gedən döyüşlərində fəal iştirak edib.

Şuşa uğrunda gedən döyüşlərdə qəhramanlıqla vuruşan Elgün Quliyev 9 noyabr tarixində Şuşaya olan şanlı hücum nəticəsində Şəhidlik zirvəsinə ucalır.

 

Noyabr ayının 12-də böyüyüb boya-başa çatdığı Şamaxı rayon Dağ Göylər kəndində dəfn olunur.

Şəhidimizin son sözləri bu olur: “Tarix müəllimi işləyə bilməsəm də, tarix yazdım”.

Şəhid Elgün Quliyev
Şəhid Elgün Quliyev

 

ALLAH Rəhmət etsin! 

NOCOMMENT.az