Şuşa üçün qürur duydum – Sarkisyanın HƏYASIZLIĞIbackend

Şuşa üçün qürur duydum – Sarkisyanın HƏYASIZLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan İrənvada erməni irsinin qorunması mövzusunda konfransda çıxışında əsassız iddialara yol verib.

NOCOMMENT.az erməni mediasına istinadla xəbər verir ki, Sarkisyan Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərində erməni mədəni və dini irsinin taleyindən narahat olduğunu bildirib.

Onun sözlərinə görə, erməni kimliyi xristian inancına və kilsəyə əsaslanır. Döyüşdə və ya müharibədə uduzmağın mümkün olduğunu, ancaq xalqın kimliyini itirməsə, gələcək qələbələrə hər zaman hazır olacağını deyib: “Bu kontekstdə, hər bir kənddə, hər bir şəhərdə erməni tarixini, mədəni və tarixi irsinin əks etdirilməsi, Qarabağda xristian imicinin qorunması vacibdir”.

“Mən Ermənistan prezidenti olaraq Şuşada qürur duydum. Nəinki şəhərdə heyrətamiz kilsələrin olması ilə, həm də həmvətənlərimin məscidin bərpası üçün böyük vəsait yatırmaları ilə fəxr edirdim.
Prezident eyni zamanda, erməni xalqının ayağa qalxması, inancı, kilsəsi və kimliyi uğrunda mübarizə aparmaq üçün kifayət qədər gücə malik olduğuna əmindir.
Konkret.az