Şuşa və Ağdama səfər etmək istəyənlərin DİQQƏTİNƏ – VİDEObackend

Şuşa və Ağdama səfər etmək istəyənlərin DİQQƏTİNƏVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Şuşa və Ağdama səfər etmək istəyən bəzi vətəndaşlar bilet almaqda çətinliklərlə üzləşiblər.

NOCOMMENT.az xəbər verir ki, vətəndaşlar mayın 25-də Şuşaya gedən istiqamətdə olan avtobuslara biletin 1 saat ərzində satıldığını bildiriblər.

Şuşaya getməkdə çətinlik çəkənlər də biri də veteranlardır. Bu kateqoriyadan olan şəxslərə biletlər pulsuz təklif olunur, lakin bütün günlərdə yox, hər həftənin müəyyən günlərində yer ayrılıb. Üstəlik də ödənişli belə olsa, digər yerləri seçə bilmirlər. Həm ayrılan yerin məhdud sayda olması, həm də istənilən gün üçün olmaması bu şəxslərin bilet almasına maneə yaradır. Nəticədə də xeyli yer qaldığı halda bu kateqoriyadan olan insanlar bilet ala bilmirlər. Bu səbəbdən də veteranlar biletlərin onlar üçün ödənişli də təklif olunmasını istəyirlər.

Sözügedən məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Sübhan Əbilov bildirib ki, Şuşaya axın digər ərazilərlə müqayisədə daha çox olduğu üçün biletlər də tez satılır. O həmçinin deyib ki, avtobusların sayının artırılması da hələ ki, planlaşdırılmır.

Qurum rəmisi veteranlarla bağlı məsələyə də aydınlıq gətirib.
Qurum rəsmisi bilet almaq istəyənlərə bu prosesi özlərinin həyata keçirmələrini və  hər hansı tur şirkətinə etibar etməmələrini məsləhət görüb.