backend

Şuşa və Hadrutda TV yayımı üçün boş tezliklər müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatda bildirilib.

“Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb. Əhatə zonaları çıxarılıb, Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub.

Müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb. Gələcəkdə qurulacaq radio-televiziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri nəzərə alınıb”, – hesabatda qeyd edilib.