Şuşa və Hadrutdan köçmüş 300 erməni ailəsinə Xankəndidə ev veriləcəkbackend

Şuşa və Hadrutdan köçmüş 300 erməni ailəsinə Xankəndidə ev veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2021-ci ilin sonunda “Hayastan” ümumerməni fondunun Qarabağda həyata keçirdiyi genişmiqyaslı mənzil proqramı çərçivəsində 100 köçkün ailəyə ev verilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qarabağdakı separatçı erməni nəşrləri yazıb.

Məlumata görə, Xankəndi şəhərinin Tumanyan küçəsində salınmış yaşayış massivinin bir hissəsi istifadəyə verilib. Binalardakı mənzillərə Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı nəticəsində Hadrut və Şuşadan köçmüş erməni ailələri köçəcək.

Yanvar ayının sonuna kimi Xankəndidəki yeni tikilmiş evlərə ümumilikdə 300 köçkün erməni ailəsinin köçəcəyi bildirilir.
Hafta.az