Şuşada 2 erməni hərbçisi yaralanıb? – Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMAbackend

Şuşada 2 erməni hərbçisi yaralanıb? – Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 18 sentyabr 2021-ci il tarixinə olan fəaliyyəti haqqında məlumat bülletenində bildirilib.

“2021-ci il sentyabrın 17-də Şuşa bölgəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına 3 dəfə atəş açılması qeydə alınıb. Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərindən atılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb. Sülhməramlı kontingent komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır”, – deyə açıqlamada qeyd olunub.

Məlumata görə, rus sülhməramlıları Xocavənd, Xocalı və Ağdərə bölgələrində üç marşrut boyunca patrul xidməti aparıblar:

“Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qrupları obyektləri və ərazini minalardan çıxarmağa davam edir.

Gün ərzində 0,75 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı obyektlərdən təmizlənib, 57 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

23 Noyabr 2020 -ci ildən bu yana 2291 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 26017 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”.

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Redaktor.az