Şuşada 3500 manatlıq Yeni il şənliyi – Vətəndaşların ETİRAZIbackend

Şuşada 3500 manatlıq Yeni il şənliyi – Vətəndaşların ETİRAZI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni ili Şuşada qarşılamaq istəyənlər üçün nə qədər pul lazım olduğu açıqlandı.  Belə ki, turizm şirkətlərinin biri tərəfindən paylaşılan elanda “Şuşa” oteldə standart otaqda gecələmək istəyənlər 2500, “apartmant suit” otaqda gecələmək istəyənlər isə 3500 manat xərcləməli olacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə turizm şirkəti sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, bu qiymətə “Şuşa” hotelində 2 gecə 3 gün qalmaq, müxtəlif mətbəxlərin təamlarından ibarət səhər, günorta və şam yeməyi, Yeni il şənliyi, tanınmış müğənnilərin ifaları, şou proqramlar, atəşfəşanlıq, uşaqlar üçün Yeni il proqramları və sair aiddir.

Həmçinin, şirkət tərəfindən bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacağı bildirilib.

Qeyd edək ki, həmin paylaşımların şərh bölməsində vətəndaşlar etirazlarını bildiriblər.

Onlardan birini təqdim edirik:

“Bu qiymətlərlə turun təşkilinə icazə verənlər dərhal cəzalandırılmalıdır. Portal necə həll olunur? Kim necə icazə verir? Portal üçün icazə verəcək şəxslər cəzalandırılmalıdır. Qanla alınan Şuşaya pul, qazanc, cib doldurmaq gözü ilə baxanlar dərhal cəzalandırılmalıdır. Qiymətləri kim, nəyə görə təyin edib?”.