Şuşada ilk toy jurnalist cütlüyün ola bilər – FOTObackend

Şuşada ilk toy jurnalist cütlüyün ola bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyev Şuşada ilk toyu etmək istəyən cütlüklərə müraciət edib.

Deputat deyib ki, Şuşada ilk toyu kimlər etmək istəyirsə, İctimai Birliyə müraciət etsinlər.

Tural Gəncəliyev hətta karantin rejimi bitdikdə, ilk toyun açıq havada, Cıdır düzündə təşkil edilə biləcəyini vurğulayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, şuşalı deputatın bu çağırışına ilk qoşulan jurnalist Bəxtiyar Hacıyev oldu. O, 2020-ci il noyabrın 6-da, Vətən Müharibəsinin davam etdiyi vaxt sosial şəbəkədə paylaşdığı statusunu xatırladıb və nişanlısı, jurnalist Nigar Etibarla Şuşada evlənməyi əhd etdiyini söyləyib.

“Nigarla ötən il əhd etmişdik ki, bəs toyumuzu bu il Şuşada edərik. Xeyirlisi…”, – deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev hazırda İctimai Televiziyada, Nigar Etibar isə AzTV-də çalışır…