“Şuşada konsulluğun açılması Türkiyənin bu bölgədə…..backend

“Şuşada konsulluğun açılması Türkiyənin bu bölgədə…..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bir müddət əvvəl Qazaxıstanın Türküstan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderlərinin videokonfrans formatında keçirdiyi qeyri-rəsmi görüşdə Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşaya səfər etmək istəyini vurğulamışdı. Bu gün tərəflərin mayın ikinci yarısında Şuşaya birgə səfəri planlaşdırıldığı açıqlandı. Həmçinin, Türkiyə Şuşada konsulluq da açacaq.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə dövlət başçısının Şuşaya səfərinin əhəmiyyəti barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a verdiyi açıqlamada bunları deyib:

“Türkiyə Prezidentinin səfəri hər zaman təqdir etdiyimiz hadisədir. Düşünürəm ki, bu səfər tarixi əhəmiyyəti olan hadisədir. Türkiyə dövlət başçısının bölgəyə bu cür gəlişi həm də Azərbaycanla Türkiyənin birlikdə hərəkət etmək niyyətinin olduğunu göstərir. Şuşada konsulluğun açılması da Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi mənasına gəlir”.

Millət vəkili Türkiyə dövlət başçısının səfəri zamanı gündəmə gələcək məsələlərə də toxunub:

“Bu səfər çərçivəsində Qarabağın gələcəyi, Zəngəzur dəhlizinin açılması və Ermənistanın bütövlükdə bu məsələyə inteqrasiya olunması ilə bağlı müəyyən məsələlərdə yanaşmalar nəzərdən keçiriləcək. Səfər çərçivəsində həmçinin Rusiya ilə münasibətlərin, xüsusilə də bölgədə əməkdaşlıq perspektivlərinin müzakirə olunması gözlənilir”.