Şuşada namaz qılmaq istəyirəm – Erməni qadından müraciət – VİDEObackend

Şuşada namaz qılmaq istəyirəm – Erməni qadından müraciət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aqunik Abovyan adlı erməni qadın Prezident İlham Əliyevə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, İslam dinini qəbul etdiyini deyən qadın Prezidentdən Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib.

O, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib. Abovyan qeyd edib ki, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur:

“İcazə verin, Azərbaycana gəlim, gözəl şəhərinizi gəzim. İstəyirəm ki, yoldaşımın və dostlarımın vətənini görüm. Qarabağda, Şuşada olmaq, orada namaz qılmaq istəyirəm”.