Şuşada yazılan şanlı tarix Vaşinqtonda davam etdi – Azərbaycan nələr qazandı?backend

Şuşada yazılan şanlı tarix Vaşinqtonda davam etdi – Azərbaycan nələr qazandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın beynəlxalq mövqeləri və imici günü-gündən möhkəmlənir. Bəs, sülh müqaviləsinin paraflanması Azərbaycanın beynəlxalq mövqelərinə və imicinə hansı real təsirləri göstərəcək?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, xüsusilə, 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi statusu təsdiqlənib:

“Sonrakı illərdə hərbi qələbələr diplomatik masaya yatırıldı. 2023-cü ilin antiterror əməliyyatı ilə uğurlar davam etdirildi. Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşlər diplomatik qələbələri daha da artırdı. Bu uğurların məntiqi nəticəsi olaraq, 8 avqust 2025-ci ildə Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sənəd, sülh müqaviləsinin paraflanması gerçəkləşdi”, – deyə Abbaslı bildirib.

Siyasi şərhçinin sözlərinə görə, paraflanma beynəlxalq hüquqda yekun imzadan öncə tərəflərin mətn üzərində razılığını təsdiqləyən sənəd hesab olunur:

“Azərbaycanla Ermənistan arasında 17 maddəlik sülh müqaviləsi mətni razılaşdırılıb. Maddələrdə götürülən öhdəliklərin pozulmayacağı qeyd olunub. Azərbaycan üçün mühüm istiqamətlər arasında ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı razılıq, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi öhdəliyi, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması və Zəngəzur dəhlizinin 99 il müddətinə ABŞ şirkətlərinə icarəyə verilməsi var”.

Abbaslı qeyd edib ki, bu razılaşma Azərbaycanın gücünü bir daha göstərib və beynəlxalq imicini gücləndirib:

“8 avqustda Azərbaycan diplomatik aləmdə tarixi zəfərini qazandı” – deyə o, vurğulayıb.