Şuşada yeni evlər belə olacaq – VİDEObackend

Şuşada yeni evlər belə olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayış kompleksinin inşası başa çatıb.

NOCOMMENT.az bu barədə Azərbaycan Televiziyasına (AzTV) istinadən xəbər verir.

Videomaterialda bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.

Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.

Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.

Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.