Şuşada yeni məscidin tikilməsi üçün bu binalar söküləcək – RƏSMİbackend

Şuşada yeni məscidin tikilməsi üçün bu binalar söküləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Uni Construction” MMC olub.

Nazirlik Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin aparılması üçün “Uni Construction” MMC-yə 2 milyon 74 min 28 manat 65 qəpik ödəyəcək. Qeyd olunan işlər 24.12.2021-ci il tarixində başlayıb 01.02.2022-ci il tarixində başa çatacaq.

Məlumat üçün bildirək ki, “Uni Construction” MMC 03.06.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Kaveroçkin, ev 34, mənzil 30-da yerləşir. MMC-nin qanuni təmsilçi Seyidov Qafar Seyid oğludur.