Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundubackend

Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğlu hakim qarşısına çıxarılıb. Ona arvadını öldürməyə cəhddə görə ağır cəza kəsilib.

NOCOMMENT musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ceyhun Nizami oğlu Bəhmənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

C.Bəhmənov ötən il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.