Şuşanın kəndlərinə gələn Araik yenə sərsəmlədi: Ölənə qədər…backend

Şuşanın kəndlərinə gələn Araik yenə sərsəmlədi: Ölənə qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin başçısı Araik Arutyunyan Şuşanın 4 kəndində olub.

NOCOMMENT yenisabah-a istinadən erməni mətbuatına istinadən xəbər verir ki, Arutyunyan bu zaman erməni kəndlilərinə bir sıra vədlər verib.

Separatçı rejimin başçısı “dağıdılan” evlərin təmir ediləcəyini, işğal dövründə Laçın və digər Azərbaycan ərazilərində yaşamış ermənilər üçün yeni evlərin tikiləcəyini deyib: “Xin Şen kəndində ən azı 250 nəfər, Yehtsox kəndində isə ən azı 300 nəfər yaşamalıdır. Strateji proqramlar barədə düşünmək lazımdır. Sabah yeni su təchizatı sistemi qurmağa başlayacağıq və tezliklə kənd evlərinin təmirinə başlayacağıq. Bundan əlavə, qaçqınların yerləşməsi üçün 15 yeni ev tikiləcək”.

Şuşanın hazırda ermənilər yaşayan kənlərindən birinə “başçı”lıq edən Samvel Sarkisyan isə Arutyunyanla görüş zamanı kənd sakinlərinin digər ərazilərdən çıxarılan ermənilərə bağışlamaq istədiyi 18-20 evin olduğunu bildirib: “İndi harada olsalar da – Yerevanda, Xankəndində və ya başqa bir yerdə, dövlətin dəstəyi ilə bu evləri təmir etməyə və təhvil verməyə hazırıq. Bu torpaq uğrunda mübarizə apardıq. Ölənə qədər burada qalmalı və mübarizə aparmalıyıq. Biz burada yaşayacağıq”.