Şuşaya çəkilən yeni yol ödənişli olacaqbackend

Şuşaya çəkilən yeni yol ödənişli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşaya çəkilən yeni avtomobil yolu ödənişli olacaq.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-cil ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.

“Əhmədbəyli-Füzuli-Şuşa yolu indiki Zəfər yolundan 20 km qısadır. Belə ki, hal-hazırda Zəfər yolu bu gün üçün 101,5 km təşkil edir. Yeni istifadəyə veriləcək yol isə 81,2 km-dir. Həmin yol dörd cərgəli olmaqla tam təhlükəsiz olacaq. Hər iki tərəfdən çəpərlənəcək”, – S.Məmmədov bildirib.

Onun sözlərinə görə, Şuşa qoruq şəhəri və mədəniyyət mərkəzi olduğu üçün AAYDA-nın hesablamalarına görə ora xarici turistlərin axını böyük ola bilər: “Buna görə yolun ödənişli olması onun gələcəkdə saxlanılması baxımından məqsədə uyğun sayılır”,- o deyib.